Bakı. 17 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasının XVII turuna bütün hakim təyinatları açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, Bakıdakı "İnter Arena"da "İnter" və "Neftçi" komandaları arasında baş tutacaq paytaxt derbisi FİFA referisi Əliyar Ağayevə həvalə olunub.
Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" - "Qarabağ" matçını yeni beynəlxalq dərəcəli hakim Orxan Məmmədov idarə edəcək.
Daha bir FİFA referisi Rəhim Həsənov isə "Sumqayıt" - "Qəbələ" qarşılaşmasına təyinat alıb.
17 dekabr (çərşənbə)
14:00. “Bakı” – AZAL (Bakı)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev
Bakı. “Bakı” FK-nin təlim-məşq bazasının stadionu.
18 dekabr (cümə axşamı)
15:00. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov
Sumqayıt. "Kapital Bank Arena"
17:00. "Xəzər Lənkəran" – "Qarabağ" (Ağdam)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "İnter" (Bakı) – "Neftçi" (Bakı)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev
Bakı. "İnter Arena"