Toni Adams "Qəbələ"də yeni vəzifəyə təyin olunub

Toni Adams "Qəbələ"də yeni vəzifəyə təyin olunub Bu, ingiltərəli əfsanəvi futbolçunun Azərbaycan klubunda üçüncü vəzifəsi olacaq
Futbol
22 Yanvar , 2015 18:59
Toni Adams Qəbələdə yeni vəzifəyə təyin olunub

Bakı. 22 yanvar. REPORT.AZ/ İngiltərə futbolunun əfsanəsi Toni Adams “Qəbələ” idman klubunda yeni vəzifəyə təyin olunub. "Report"un məlumatına görə, T.Adams bundan sonra klubda futbol direktoru vəzifəsində çalışacaq. 

İngiltərə millisində və “Arsenal”dakı çıxışları ilə məşhurlaşan sabiq müdafiəçi bunadək "Qəbələ"də iki fərqli vəzifədə çalışıb. 2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan T.Adams 2011-ci ilin noyabrınadək “qırmızı-qaralar”ın “sükanı arxasında” olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran mütəxəssis 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi