​Tomas Tuxel: "Sabahkı oyunda ən yüksək çıxışımızı nümayiş etdirəcəyik"

​Tomas Tuxel: "Sabahkı oyunda ən yüksək çıxışımızı nümayiş etdirəcəyik" " "Qəbələ" kifayət qədər güclüdür"
Futbol
21 Oktyabr , 2015 21:59
​Tomas Tuxel: Sabahkı oyunda ən yüksək çıxışımızı nümayiş etdirəcəyik

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Rəqibdən hər hansı bir futbolçunun adını çəkmək düz deyil. Biz rəqibi təhlil etmişik. "Krasnodar"la oyuna da baxmışıq və "Qəbələ" kifayət qədər güclüdür. Çalışacağıq ki, sabahkı oyunda qələbə qazanaq".

"Report"un məlumatına görə, bunu Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel deyib.

O zədəli futbolçu Şmetserin artıq oyuna hazır olduğunu, lakin bu barədə son qərarın hələ verilmədiyini bildirib.

Daha sonra alman mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Sabah bu vaxtı "Qəbələ" ilə oyunun ikinci hissəsi olacaq. Həyəcan var? Və "Qəbələ"nin hansı üstün cəhətləri var?

- Artıq ikinci hissədir (gülür). Nəticəyə baxarıq. Əlbəttə ki, rəqibdən asılı olmayaraq istənilən halda həyəcan olur. Rəqibə hörmətimiz var. Oyuna gəldikdə əlimizdən gələni etməyə çalışacağıq. Biz inamlıyıq və məqsədimizə doğru gedirik. Əlbəttə ki, müəyyən tapşırığımız var. Lakin oyuna hazırıq. 4-4-2 taktikasını gözləyirəm. Çətin olacaq, amma udmaq istəyirik. Sabahkı oyunda ən yüksək çıxışımızı nümayiş etdirəcəyik.

Mxitaryan məlum səbəblərdən dolayı oyunda yoxdur. Bu oyuna necə təsir edəcək və vəziyyətlə bağlı fikirlərinizi bildirərdiniz...

- Təəssüflər olsun ki, siyasi məsələlərlə bağlı o gəlmədi. Həm idman, həm də insani keyfiyyətləri olan bir futbolçumuzu bu oyunda itirdik. Ancaq onun əvəzində Hofmann olacaq və ən azından həmin boşluğu doldurmağa çalışacağıq.

Heyətdə hansı oyunçular olacaq?

- Siyahıda 16 oyunçu var və hər birindən istifadə edə bilərik.

Ötən həftə Bundesliqada "Maynts"la qarşılaşmada Roys 2 qol vurdu. Bu onun əvvəlki imkanlarını bərpa etməyə necə təsir edəcək?

- O yavaş-yavaş öz formasına qayıdır. Həmin oyunda topa sahib olmaq faizi aşağı olsa da, mübarizə əzmi ilə qalib gəldik. Roys həftənin əvvəlindən komandayla birgə məşq edir və onun xidmətindən yararlana biləcəyik.

Son xəbərlər

Orphus sistemi