Tomas Tuxel: "Borussiya" necə lazımdırsa, o cür də oynadı

Tomas Tuxel: "Borussiya" necə lazımdırsa, o cür də oynadı Almaniyanın "Borussiya" (Dortmund) komandasının baş məşqçisi "Qəbələ" ilə oyunu şərh edib
Futbol
6 Noyabr , 2015 01:02
Tomas Tuxel: Borussiya necə lazımdırsa, o cür də oynadı

Bakı. 6 noyabr. REPORT.AZ/ "Mən hələ də bizə verilən möhtəşəm dəstəyə inana bilmirəm. Bugünkü kimi meydanda atmosfer hiss edilən oyunlar çox ola bilər. Qrupdakı digər oyun başa çatmamış "Şalke" ilə oyun barədə fikrimi deyə bilmirəm. Sabahdan Almaniya çempionatındakı növbəti oyunla bağlı danışa bilərəm". "Report"un məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin IV tur matçında evdə "Qəbələ" üzərində 4:0 hesablı qələbədən sonra Almaniyanın "Borussiya" (Dortmund) komandasının baş məşqçisi Tomas Tuxel deyib.

Gənc mütəxəssisin sözlərinə görə, "Qəbələ"nin 2 hücumçu ilə oynayacağından əvvəldən də xəbərdar olublar. Lakin qonaqlar sonradan taktiki yerdəyişmə ediblər. Buna görə fasilədən sonra komandası planını dəyişib və nəticə də yaxşı olub: "Bu gün necə lazımdırsa, o cür də oynadıq. Rəqibə hörmətlə yanaşdıq. Enerjimizi ortaya qoyduq, topu əldə edərək, qollar vurmağa çalışdıq".

Tuxel "Qəbələ"dəki həmkarı Roman Qriqorçukun "Borussiya" Avropa Liqasının qalibi olmasa, bu, möcüzə sayılacaq" fikirlərinə isə qısaca cavab verib: "Bəli, bu, möcüzə olacaq".

"Tribunalarda Ermənistan bayraqları var idi. Hər oyunda oyununuzda bu qədər erməni bayrağı olur?" sualına cavab olaraq, Tuxel deyib: "Burada çoxlu erməni yaşayır. Çünki Mxitaryana hörmətləri var, onu dəstəkləməyə gəlirlər. Bayraqlar çoxdur, təkcə Ermənistanınkı yox".

Son xəbərlər

Orphus sistemi