Tomas Bax: "FİFA-nın problemləri prezident seçkisi ilə həll olunmayacaq"

Tomas Bax: "FİFA-nın problemləri prezident seçkisi ilə həll olunmayacaq" İOC prezidenti: "İslahatlar aparılmalı, ali futbol qurumunun şəffaflığı yüksəldilməlidir"
Futbol
30 İyul , 2015 15:56
Tomas Bax: FİFA-nın problemləri prezident seçkisi ilə həll olunmayacaq

Bakı. 30 iyul. REPORT.AZ/ FİFA-nın problemləri təşkilata yalnız yeni prezidentin seçilməsi ilə həll olunmayacaq. "Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax deyib. 

Almaniyalı funksioner ali futbol qurumunu şəffaf fəaliyyətə çağırıb: "İslahatlar aparılmalıdır. Xüsusilə təşkilatın strukturlarında. Habelə FİFA-nın fəaliyyətinin şəffaflığı yüksəldilməlidir". 

FİFA-ya növbədənkənar prezident seçkisi 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Quruma 1998-ci ildən rəhbərlik edən Yozef Blatter seçkiyədək postunda qalacaq. Namizədlər oktyabrın 26-dək ərizələrini verə bilərlər. 

Son xəbərlər

Orphus sistemi