"Report" xəbər verir ki, bu il keçirilən turnirin təşkilatçısı qismində Rusiyanın Mini Futbol Assosiasiyası çıxış edib.
Assosiasiya, həmçinin turnirin texniki məsələlərinə nəzarəti öz üzərinə götürüb və yarışı peşəkar hakim heyəti ilə təmin edib.
Turnirdə ümumilikdə 14 komanda iştirak edib: "Qarabağ", ÜAK (Ümumrusiya Azərbaycanlıları Konqresi), RAGT (Rusiyada Azərbaycanlı Gənclər Təşkilatı), Rusiya Fubol Hakimləri Kollegiyası, Moskva vilayəti Azərbaycanlılarının Regional milli-mədəni muxtariyyəti, türk diasporu, Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU), Slovakiya və Azərbaycan səfirlikləri və s.
Finalda Azərbaycan səfirliyinin komandası ilə MDHİU qarşılaşıb. Oyunun əsas hissəsi 5-5 hesabı ilə başa çatıb və Azərbaycan səfirliyinin komandası oyundan sonrakı 11 metrlik cərimə zərbələri seriyasında MDHİU-ya uduzub.