Tbilisi "Dinamo"sunun baş məşqçisi istefaya göndərilib

Tbilisi "Dinamo"sunun baş məşqçisi istefaya göndərilib Buna komandanın avrokuboklarda uğursuz çıxışı səbəb olub
Futbol
27 Sentyabr , 2016 13:59
Tbilisi Dinamosunun baş məşqçisi istefaya göndərilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Gürcüstanın "Dinamo" (Tbilisi) futbol komandasının baş məşqçisi Yuray Yarabek istefaya göndərilib. "Report"un məlumatına görə, slovakiyalı mütəxəssisin göndərilməsinə səbəb komandanın avrokuboklarda uğursuz çıxışıdır.

Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məğlub olan (0:2, 0:1) Tiflis təmsilçisi Avropa Liqasının "pley-off" mərhələsində Yunanıstan PAOK-una da uduzaraq (0:3, 0:2), beynəlxalq turnirlərdə çıxışını dayandırıb. Komanda ölkə çempionatının Ağ qrupunda 6 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.

Hələlik paytaxt klubunun baş məşqçi postuna heç bir təyinat olmayıb.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ilin yanvarında "Dinamo"nun baş məşqçi postuna keçib. Klub rəhbərliyi baş məşqçinin qarşısına Gürcüstan çempionatının və kubokunun qalibi olmaq və avrokuboklardan birinin qrup mərhələsinə vəsiqə qazanmaq məqsədini qoymuşdu.

Son xəbərlər

Orphus sistemi