"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı açıqlanıb

"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı açıqlanıb Təxirə salınmış oyun aprelin 13-də keçiriləcək
Futbol
28 Mart , 2016 11:23
Qalatasaray - Fənərbağça matçının vaxtı açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyə Super Liqasında XXVI turdan təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" matçının keçiriləcəyi tarix açıqlanıb. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə klub rəsmiləri arasındakı danışıqlardan sonra qərar verilib.

Görüşdən sonra onlar jurnalistlərə İstanbul derbisinin aprelin 13-də keçiriləcəyini açıqlayıblar.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı martın 20-də keçirilməli idi. Lakin qarşılaşmanın oynanılacağı "Türk Telekom Arena"da terror törədiləcəyinə dair məlumatın daxil olduğu səbəb göstərilərək, görüş təxirə salınmışdı.  

Son xəbərlər

Orphus sistemi