Təbrizin "Traktorsazi" klubundan "Qarabağ"a dəstək gəlib

Təbrizin "Traktorsazi" klubundan "Qarabağ"a dəstək gəlib "Haqq bir gün yerini tapacaq"
Futbol
13 Dekabr , 2014 15:18
Təbrizin Traktorsazi klubundan Qarabağa dəstək gəlib

Bakı. 13 dekabr. REPORT.AZ/ İranın Təbriz şəhərini təmsil edən və bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən böyük dəstəyə sahib olan "Traktorsazi" ("Tirəxtur") futbol klubu hakimin səhvinə görə UEFA Avropa Liqasının pley-off mərhələsinə adlaya biləməyən Ağdamın "Qarabağ" klubuna dəstək verib.

"Report"un məlumatına görə, dəstək mətni Təbriz klubunun "Facebook" səhifəsində yerləşdirilib.

"Ölümünə qədər "Qarabağ" və "Tirəxtur"! "Qarabağ" komandasının azarkeşi olan qardaşlarımız üzülməsinlər. Əlbəttə, haqq bir gün yerini tapacaq, ya sabah ya 1 ay, ya 5 il sonra. Bu oyunun əsl qalibi "Qarabağ"dır! Biz sizinləyik, yaşasın "Tirəxtur" və "Qarabağ"!", - İranın futbol komandasının səhifəsində yazılıb.

Qeyd edək ki, dekabrın 11-də keçirilən "Qarabağ" - "İnter" (Milan) oyununda matçın vaxtına əlavə olunmuş dəqiqədə Riçard Almeydanın təmiz qolu çexiyalı hakim Miroslav Zelinka tərəfindən sayılmayıb. Bu qərar Ağdam klubunun UEFA Avropa Liqasında növbəti mərəhələ çıxmasına imkan verməyib.

Son xəbərlər

Orphus sistemi