​Təbrizin "Traktorsazi" klubu son turda İran çempionluğunu əldən verib

​Təbrizin "Traktorsazi" klubu son turda İran çempionluğunu əldən verib Komandanın heç-heçə etməsindən "Sepahan" klubu yararlanıb
Futbol
15 May , 2015 23:16
​Təbrizin Traktorsazi klubu son turda İran çempionluğunu əldən verib

Bakı. 15 may. REPORT.AZ/ Futbol üzrə İran çempionatında 2014/15-ci illər mövsümünə bu gün yekun vurulub.

"Report" xəbər verir ki, azərbaycanlılar arasında böyük rəğbət qazanan Təbrizin "Traktorsazi" klubu son turda qələbəni əldən verib və turnirdə ikinci yerlə kifayətlənməli olub.

Belə ki, Təbriz klubu son matçında "Naft Tehran"la heç-heçə (3:3) edib. Fürsətdən yararlanan İsfahanın "Sepahan" klubu "Saipanı" 2-0 hesabı ilə məğlub edərək birinci pilləyə yüksəlib və İran çempionu titulunu qazanıb.

"Traktorsazi" klubu, eyni zamanda Asiya Çempionlar Liqasına birbaşa vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi