Təbrizdə futbol muzeyi açılacaq

Təbrizdə futbol muzeyi açılacaq Bu İranda ilk futbol muzeyi olacaq
Futbol
23 Dekabr , 2014 11:11
Təbrizdə futbol muzeyi açılacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ İranın Təbriz şəhərində  futbol muzeyi açılacaq.

"Report" "Mehr"ə istinadən xəbər verir ki, bu barədə Təbriz bələdiyyəsi altıncı dairəsinin meri Fərhad Roşani bildirib. Onun sözlərinə görə, muzey dekabrın 25-də açılacaq. 

Roşani qeyd edib ki, bu muzey regionda unikal muzey olacaq: "Muzeydə köhnə şəkillər, biletlər, toplar, İranın Azərbaycan əsilli məşhur futbolçularının geyimləri toplanılacaq".

Muzey Təbrizdəki Rizvan parkında fəaliyyət göstərəcək. 

Qeyd edək ki, İranın ən güclü futbol klublarından biri İranda yaşayan azərbaycanlıların böyük dəstək göstərdikləri Təbrizin "Traktorsazi" klubudur. 

Son xəbərlər

Orphus sistemi