Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının titulundan məhrum edilib

Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının titulundan məhrum edilib Böyük britaniyalı boksçu Vladimir Kliçko ilə yox, Vyaçeslav Qlazkovla döyüşə razılaşmalı idi
Futbol
9 Dekabr , 2015 09:37
Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının titulundan məhrum edilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Superağır çəkidə 3 versiya üzrə dünya çempionu Tayson Fyuri Beynəlxalq Boks Federasiyasının (İBF) titulundan məhrum edilib. "Report"un məlumatına görə, buna 27 yaşlı idmançının Vladimir Kliçko ilə revanş döyüşünə çıxmaq istəyi səbəb olub. 

Halbuki, böyük britaniyalı boksçu İBF tituluna mütləq iddiaçı, ukraynalı Vyaçeslav Qlazkovla görüşə razılaşmalı idi. Onun nümayəndələri qərardan apellyasiya verəcəklərini bildiriblər. 

Qeyd edək ki, Tayson Fyuri Vladimir Kliçkonu noyabrın 29-da Almaniyanın Düsseldorf şəhərində yenib. 

Son xəbərlər

Orphus sistemi