​Tarixdə ilk dəfə bir ölkənin 5 klubu Çempionlar Liqasında çıxış edəcək

​Tarixdə ilk dəfə bir ölkənin 5 klubu Çempionlar Liqasında çıxış edəcək İspaniyanın 5 klubu turnirin qrup mərhələsinə vəsiqə qazanıb
Futbol
26 Avqust , 2015 03:05
​Tarixdə ilk dəfə bir ölkənin 5 klubu Çempionlar Liqasında çıxış edəcək

Bakı. 26 Avqust. REPORT.AZ/ İspaniyanın 5 futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, sonuncu olaraq İspaniyanın "Valensiya" klubu Fransa "Monako"su ilə keçirdiyi iki oyunun nəticəsinə görə (3:1, 1:2) mötəbər turnirin final mərhələsinə vəsiqə qazanıb.

Bu, tarixdə bir ölkənin 5 təmsilçisinin turnirin qrup mərhələsində mübarizə aparacağı ilk haldır.

"Valensiya" ilə yanaşı İspaniya çempionatında ilk üç yeri tutmuş "Barselona", "Real" və "Atletiko", həmçinin Avropa Liqasının sonuncu qalibi "Sevilya" Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Turnirin qrup mərhələsinin püşkatma mərasimi cümə axşamı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi