Tailandlı sərmayəçilər «Milan» klubunu 1 milyard avroya əldə etməyə hazırdır

Tailandlı sərmayəçilər «Milan» klubunu 1 milyard avroya əldə etməyə hazırdır Artıq klubun aksiyalarının 30%-nin 300 milyon avroya satılması haqda anlaşma da hazırlanıb
Futbol
15 Fevral , 2015 12:27
Tailandlı sərmayəçilər «Milan» klubunu 1 milyard avroya əldə etməyə hazırdır

Bakı. 15 fevral. REPORT.AZ/ Bir qrup Tailandlı sərmayəçi “Milan” futbol klubunu İtalyanın sabiq baş naziri Silvio Berluskonidən ala bilər.

"Report" Sportbox.az-a istinadla xəbər verir ki, artıq klubun aksiyalarının 30%-nin 300 milyon avroya satılması haqda anlaşma da hazırlanıb.

Məlumata əsasən sərmayəçilər 3 il ərzində klubun aksiyalarının tamını alaraq “Milan”a yiyələnəcklər.

Bu məbləğə 2018-ci ildə tikiləcək klubun yeni stadionun xərcləri daxil deyildir.

Klubun satılmasından sonra Silvio Berluskoninin “rossonerinin” fəxri prezidenti kimi qalacağı bildirilir.

Qeyd edək ki, 78-yaşlı Berluskoni fevralın 20-də kluba yiyələnməsinin 29-illiyini keçirəcək.

Son xəbərlər

Orphus sistemi