Bakı. 4 iyun. REPORT.AZ/ "Qarabağ" üçün möhtəşəm oldu. "Qarabağ"ı bu günlərə gətirən onun daxilindəki inam, paklık və xoş niyyətdir". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Həm ölkə çempionatının, həm də kubokun qalibi olması münasibətilə klub bazasında keçirilən tədbirdə çıxış edən vitse-prezident komandanın uğurunda sponsorun rolundan danışıb: ""Qarabağ" 10 minlərlə insanın zəhmətinin nəticəsidir. Bu klub Azərbaycan adını dünyada tanıdır. "Qarabağ"ın adını təmiz saxlamalıyıq. Dünya bizi klubda bir-birimizə, Azərbaycana olan sədaqətimizlə tanısın. Bu, "Qarabağ"ı sevən bütün hər kəsin uğurudur".