T​ürkiyənin "Trabzonspor" klubunun futbolçusu Azərbaycan pasportu alıb

T​ürkiyənin "Trabzonspor" klubunun futbolçusu Azərbaycan pasportu alıb Hazırda bu məsələyə FİFA-da baxılır
Futbol
13 İyul , 2016 04:53
T​ürkiyənin Trabzonspor klubunun futbolçusu Azərbaycan pasportu alıb

Bakı. 13 iyul. REPORT.AZ/Türkiyənin "Trabzonspor" klubunun transfer etdiyi futbolçu Ramil Şeydayev Azərbaycan pasportu alıb. 

"Report"un məlumatına görə, bu barədə "Matç TV"yə FİFA-dan bildirilib.

Ali futbol qurumunun nümayəndəsi deyib ki, AFFA 20 yaşlı hücumçunun Azərbaycan vətəndaşlığını qəbul etməsinə dair sorğu göndərib. Hazırda bu məsələyə FİFA-da baxılır.

Meneceri Sergey Kuşov deyib ki, Şeydayev əvvəllər Rusiya yığmasında oynamaq istədiyi üçün Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyib. Onun sözlərinə görə, futbolçunun  karyerasını davam etdirmək üçün bir neçə variantı olsa da, Azərbaycan və türk dillərinin yaxınlığı üzündən "Trabzonspor"u seçib. Onunla 3+1 illik müqavilə imzalanıb. Bu müddətdə gənc forvard 1,6 milyon avro qazanacaq. Şeydayevin keçmiş klubu "Zenit"ə isə 150 min avro kompensasiya ödəniləcək.

Son xəbərlər

Orphus sistemi