Bakı. 4 oktyabr. REPORT.AZ/ "Sumqayıt" və "Neftçi" klubları Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar olaraq yoxlama oyunu keçirəcək.
"Report"un məlumatına görə, qarşılaşma oktyabrın 8-də olacaq.
Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup oyunları səbəbindən Premyer Liqada fasilə yaranıb.
Çempionatın VIII turuna oktyabrın 15-də start veriləcək.