​"Sumqayıt" Rasim Ramaldanovla müqavilə müddətini açıqlayıb

​"Sumqayıt" Rasim Ramaldanovla müqavilə müddətini açıqlayıb Müdafiəçi mövsüm sonunadək "Sumqayıt"da çıxış edəcək
Futbol
26 Yanvar , 2016 17:43
​Sumqayıt Rasim Ramaldanovla müqavilə müddətini açıqlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubu müdafiəçi Rasim Ramaldanovla 6 aylıq müqavilə imzalayıb. Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi mövsüm sonunadək özünü yaxşı tərəfdən göstərsə, müddət artırıla bilər. C.Sultanov bununla da "Sumqayıt"ın qış transferlərini yekunlaşdırdığını deyib.

Qeyd edək ki, Rasim Ramaldanov 2008-2013-cü illərdə "Simurq"da, 2013-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib. 30 yaşlı müdafiəçi milli komandada 17 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi