​"Sumqayıt" klubunun prezidenti: "Kamran Ağayevlə danışığımız olub"

​"Sumqayıt" klubunun prezidenti: "Kamran Ağayevlə danışığımız olub" Kamran Quliyev qapıçının "Sumqayıt"la məşq etməsinə münasibət bildirib
Futbol
4 Avqust , 2016 15:00
​Sumqayıt klubunun prezidenti: Kamran Ağayevlə danışığımız olub

Bakı. 4 avqust. REPORT.AZ/ "Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Sumqayıt" klubunun düşərgəsində məşqlərə şəxsi istəyi əsasında başlayıb." 

Bu barədə "Report"a klubun prezidenti Kamran Quliyev məlumat verib.  

Onun sözlərinə görə, 30 yaşlı qolkiper müraciətində "gənclik şəhəri" təmsilçisinin heyətində məşq etmək istədiyini bildirib.

K.Quliyev həmçinin onun "Sumqayıt"da oynaması üçün danışıqların aparıldığını da açıqlayıb: "Kamran Ağayev dünən komandamızla məşqə çıxıb. Hələlik aramızda ilkin danışıqlar olub. Özünün də bir neçə variantı var. Danışıqların yekunu barədə ictimaiyyətə məlumat veriləcək".

Klub prezidenti "Sumqayıt"ın Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsində 2 qapıçı - Fərhad Vəliyevlə Tərlan Əhmədlinin yer aldığını xatırladaraq, üçüncü qolkiper transferinin hələlik dəqiqləşdirilmədiyi vurğulayıb: "Kamranın "Sumqayıt"a keçidi alınsa, bu, bizim son transferimiz olacaq".

Qeyd edək ki, K.Ağayev sonuncu mövsümü "İnter"də keçirsə də, mövsümlərarası fasilədə "bankirlər"lə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi