Bakı. 15 iyun. REPORT.AZ/ 2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Gənclik şəhəri" təmsilçisi Kamran Abdullazadə ilə birillik sazişə imza atıb.
21 yaşlı yarımmüdafiəçinin son klubu "Xəzər Lənkəran" olub.
Qeyd edək ki, K.Abdullazadə U-15, U-16, U-17 və U-19 milli komandaların şərəfini qoruyub.