Bakı. 30 iyun. REPORT.AZ/ "Southempton"un yeni baş məşqçisi müəyyənləşib.
“Report” klubun saytına istinadən xəbər verir ki, İngiltərə komandası Klaude Puel ilə 3 illik müqavilə imzalayıb.
54 yaşlı mütəxəssis bunadək Fransanın "Monako", “Lill”, “Olimpik” və “Nice” komandalarına rəhbərlik edib.