​"Şkendiya"nın baş məşqçisi: "Neftçi" çox ağıllı oynadı"

​"Şkendiya"nın baş məşqçisi: "Neftçi" çox ağıllı oynadı" Bruno Akrapoviç: "Oyunda planlaşdırdığımız kimi çıxış etdik"
Futbol
14 İyul , 2016 22:15
​Şkendiyanın baş məşqçisi: Neftçi çox ağıllı oynadı

Bakı. 14 iyul. REPORT.AZ/ "Oyunda planlaşdırdığımız kimi çıxış etdik. "Neftçi"ni necə analiz etmişdiksə, elə də oldu. Ancaq bəzi mövqelərdə dəyişiklik oldu". "Report"un məlumatına görə, bunu Makedoniyanın "Şkendiya" klubunun baş məşqçisi Bruno Akrapoviç Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

B.Akrapoviç qolsuz bitən qarşılaşma haqda bunları bildirib: "Heyətimizdə bəzi futbolçular yaxşı individual oyuna sahibdir və onlar da işlərinin öhdəsindən gəlirdi. Oyunun əvvəllərində topa daha çox sahib olurduq. "Neftçi" çox ağıllı oynadı. Nəticə bizim xeyrimizə daha da yaxşı ola bilərdi. "Neftçi" oyunda dəyişiklik edə bilmədi. Çünki baş məşqçinin buna imkanı, futbolçusu yox idi".

Baş məşqçi cütün favoritinin kim olması ilə bağlı sualı belə cavablandırıb: "Açıq görünür ki, komandamız yaxşı oynadı. Sadəcə səfərlərdən dolayı yaxşı alınmadı. Komandada bir qədər yorğunluq var"

Qeyd edək ki, "Neftçi" - "Şkendiya" oyunu 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi