​Siqaret çəkən qapıçı cəzalandırılıb

​Siqaret çəkən qapıçı cəzalandırılıb Polşalı qapıçı 20 min funt sterlinq cərimə ödəyəcək
Futbol
6 Yanvar , 2015 13:33
​Siqaret çəkən qapıçı cəzalandırılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" futbol komandasının qapıçısı Voytsex Şensnı siqaret çəkdiyi üçün cəzalandırılıb. "Report"un məlumatına görə, polşalı qapıçı buna görə 20 min funt sterlinq (təxminən 23 min AZN) cərimə ödəyəcək.

Klub bu xəbəri təsdiqləməsə də, "topçular"ın danimarkalı sabiq futbolçusu Con Censen bunun doğru olduğunu söyləyib. O, polşalı qapıçının bir daha "Arsenal"ın heyətində meydana çıxmama ehtimalının olduğunu da vurğulayıb.

Qeyd edək ki, bundan öncə "Arsenal"ın heyətində olarkən Cek Uilşir və Vilyam Qallas gecə gəzintiləri zamanı siqaret çəkməklə gündəmə gəlib. Hər iki futbolçu baş məşqçi Arsen Venger tərəfindən cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi