"Simurq" "Qəbələ"ni məğlub edib

"Simurq" "Qəbələ"ni məğlub edib Zaqatalada qapıçı meydandan qovulub
Futbol
10 Fevral , 2015 19:17
Simurq Qəbələni məğlub edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turuna start verilib. "Report"un məlumatına görə, turun açılış oyunu Zaqatala şəhər stadionunda keçirilib.

"Simurq" doğma azarkeşlər önündə Qəbələnin eyniadlı klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Draqan Çeran vurub. Çeran 25-ci dəqiqədə və ilk yarıya əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib. Birinci hissənin uzatma dəqiqələrində "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı kobud oyuna görə meydandan qovulub. Bu səbəbdən penalti vurularkən qapıda ehtiyat qolkiper Anar Nəzirov durub. İnamlı qələbədən sonra xallarını 28-ə çatdıran "Simurq" 3-cü pilləyə yüksəlib. "Qəbələ" isə 22 xalla 6-cı pillədə qalıb. 

Qeyd edək ki, turun qalan oyunları fevralın 11-də keçiriləcək. Əvvəlcə "Bakı" - "Sumqayıt", ardından AZAL - "Qarabağ", sonda isə "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmalarına start veriləcək. 

Son xəbərlər

Orphus sistemi