​"Simurq" legioner futbolçularla yollarını ayırır

​"Simurq" legioner futbolçularla yollarını ayırır Komanda AZAL-la oyuna yerli futbolçularla çıxacaq
Futbol
16 May , 2015 14:31
​Simurq legioner futbolçularla yollarını ayırır

Bakı. 16 may. REPORT.AZ/ Zaqatalanın "Simurq" futbol klubu Azərbaycan Premyer Liqasının XXXV turunda keçiriləcək AZAL-la səfər oyununa legioner futbolçular olmadan çıxacaq. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, artıq bütün əcnəbi futbolçular komandanın düşərgəsini tərk edir. Bu səbəbdən də Şüvəlan təmsilçisi ilə görüşdə baş məşqçi Georgi Çixradze yerli futbolçuların xidmətindən istifadə edəcək: "İdan Vaytsman mayın 18-də gedəcək. Digər legionerlər də öz transfer vərəqələrini götürüb klubdan ayrılırlar. AZAL-la oyunda yerli futbolçular meydana çıxacaq".

Maliyyə problemindən danışan klub rəsmisi bu məsələyə də aydınlıq gətirib: "AFFA-dan bildirilib ki, tezliklə məsələ öz həllini tapacaq".

Son xəbərlər

Orphus sistemi