​"Simurq" klubu ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

​"Simurq" klubu ispaniyalı futbolçu ilə müqavilə imzalayıb Xuan Alvarado növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək
Futbol
9 Yanvar , 2015 18:48
​Simurq klubu ispaniyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın "Simurq" klubu ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado ilə müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək.

Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli müdafiəçi komanda ilə birgə hazırlıqlara başlayıb.

Qeyd edək ki, Melli adı ilə tanınan futbolçu 7 il İspaniyanın "Betis" klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. "Gent" komandasından sonra ötən mövsüm Moldavanın "Şerif" klubuna keçib. Son komandası isə Yunanıstan çempionatında çıxş edən "Erqotelis" klubu olub.

Son xəbərlər

Orphus sistemi