​Şimali Kiprin Futbol Federasiyası Yunan Kiprinin uyğun qurumuna üzv olub

​Şimali Kiprin Futbol Federasiyası Yunan Kiprinin uyğun qurumuna üzv olub Yunan Kipri Futbol Federasiyası artıq üzvlüyü qəbul etməklə bağlı hazırlıq işlərinə başlayıb
Futbol
28 Mart , 2015 18:00
​Şimali Kiprin Futbol Federasiyası Yunan Kiprinin uyğun qurumuna üzv olub

Bakı. 28 mart. REPORT.AZ/ Şimali Kipr Türk Respublikasının (ŞTKR) Futbol Federasiyası Yunan Kiprinin Futbol Federasiyasına üzv olub.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, martın 29-da keçiriləcək mətbuat konfransında qərar haqda açıqlama veriləcək.

Yunan Kipri Futbol Federasiyası artıq üzvlüyü qəbul etməklə bağlı hazırlıq işlərinə başlayıb.

Xatırladaq ki, iki il öncə ŞKTR FİFA-nın vasitəçiliyi ilə Yunan Kipri Futbol Federasiyasına üzvlüyə qəbul edilmişdi. Ancaq onda bu istək adadakı bir sıra siyasi-ictimai dairələrin etirazı ucbatından gerçəkləşməmişdi.

Ötən ay isə ŞKTR Futbol Federasiyasının prezidenti Həsən Sərtoğlu məsələni yenidən gündəmə gətirib.

Türkiyə Futbol Federasiyasının (TFF) sədri Yıldırım Dəmirörənin ŞKTR-də büro açmaq istəyi ilə bağlı FİFA-ya müraciəti də nəticə verməmişdi. Bundan başqa, ŞKTR Futbol Federasiyası da adanın türklərə aid hissəsində TFF-nin büro açmasına qarşı çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi