Bakı. 28 iyun. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. "Report"un məlumatına görə, komanda Xorxe Sampaoliyə tapşırılıb.
Argentinalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 56 yaşlı baş məşqçi karyerasında ilk dəfə Avropa klubunda çalışacaq. O, "Sevilya"ya ardıcıl 3 mövsüm Avropa Liqasını qazandıran Unay Emerini əvəzləyib. U.Emeri Fransanın PSJ komandasının sükanı arxasına keçəcək.
Qeyd edək ki, Xorxe Sampaoli son olaraq Çili yığmasında çalışıb. O, komandaya 2015-ci ildə Amerika Kubokunu qazandırdıqdan sonra istefa verib.