"Sevilya" İspaniya çempionatının birinci pilləsinə yüksəlib - VİDEO

"Sevilya" İspaniya çempionatının birinci pilləsinə yüksəlib - VİDEO Komanda "Atletiko"nu 1:0 hesabı ilə məğlub edib
Futbol
23 Oktyabr , 2016 20:35
Sevilya İspaniya çempionatının birinci pilləsinə yüksəlib - VİDEO

Bakı. 23 oktyabr. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubu "La Liqa"nın 9-cu turu çərçivəsində Madridin "Atletiko" klubunu məğlub edərək liderliyə yüksəlib.

"Report" xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.

Matçda yeganə qolu 73-cü dəqiqədə Stiven N'Zonzi vurub. Rəqib 77-ci dəqiqədə azlıqda qalıb. "Atletiko"nun futbolçusu Koke ikinci sarı vəqərə alaraq meydandan qovulub. Bu, Madrid klubu üçün cari mövsümdə ilk məğlubiyyət olub.

"Sevilya" hazırda 20 xal ilə turnir cədvəlinə liderlik edir. "Atletiko" 18 xalla üçüncü pillədədir.

Növbəti tur "Sevilya" səfərdə "Sportinq"lə qarşılaşacaq, "Atletiko" isə öz meydanında "Malaqa"nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi