Serbiyalı futbolçu oyun zamanı öz qapısına gözəl qol vurub - VİDEO

Serbiyalı futbolçu oyun zamanı öz qapısına gözəl qol vurub - VİDEO Top uzaq dirəyə dəyərək, tora daxil olub
Futbol
14 İyul , 2016 17:34
Serbiyalı futbolçu oyun zamanı öz qapısına gözəl qol vurub - VİDEO

Bakı. 14 iyul. REPORT.AZ/ Polşanın "Zaqlembe" klubunun futbolçusu Jarko Udoviçiç "Stal Melets" komandası ilə yoldaşlıq görüşündə öz qapısına gözəl qol vurub. 

"Report"un məlumatına görə, heyrətamiz avtoqol 62-ci dəqiqədə hesab 1:1 olarkən, qeydə alınıb.

29 yaşlı müdafiəçi topu sol cinahda qəbul etdikdən sonra rəqib müdafiəçini aldadıb və öz qapıçısı tərəfə vurub. Top uzaq dirəyə dəyərək, tora daxil olub.

Udoviçiçi son illərin ən bəxtsiz oyunçularından adlandırmaq olar. 2015-ci ildə o, "Novi Pazar"da ikən vacib görüşün son dəqiqələrində penaltini Panenka üslubunda yerinə yetirmək istədikdə bunu bacarmayıb. Oyundan sonra fanatlardan ibarət qrup paltardəyişmə otağına girib. Onlardan biri tapançasını futbolçunun başına dirəyib. Hədələr sonra da davam edib və nəticədə Udoviçiç Serbiyanı tərk edərək, Polşaya yollanıb. 

Son xəbərlər

Orphus sistemi