Serbiya klubunun baş məşqçisi "Qəbələ" barədə danışıb

Serbiya klubunun baş məşqçisi "Qəbələ" barədə danışıb "Azərbaycan klubunun böyük büdcəsi və çoxlu əcnəbisi var"
Futbol
10 İyul , 2015 12:39
Serbiya klubunun baş məşqçisi Qəbələ barədə danışıb

Bakı. 10 iyul. REPORT.AZ/ "Əminəm ki, "Qəbələ" ciddi komandadır. Çünki bu klub Gürcüstan "Dinamo"sunu mübarizədən kənarlaşdırıb". "Report"un məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"yə rəqib olan Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.

O bildirib ki, Azərbaycan klubunun böyük büdcəsi və çoxlu əcnəbisi var: "Amma biz geri çəkilməyərək sonadək mübarizə aparacağıq. "Qəbələ" ilə oyuna hazırlıq üçün hələ vaxtımız var".

Qeyd edək ki, ilk görüş iyulun 16-da Belqradda, cavab matçı isə iyulun 23-də Qəbələdə olacaq.

Son xəbərlər

Orphus sistemi