Serbiya Futbol İttifaqı UEFA-ya etiraz edib

Serbiya Futbol İttifaqı UEFA-ya etiraz edib Albaniya yığması ilə oyunda baş verənlər üzündən Serbiya millisinin növbəti 2 ev oyunundan məhrum edilməsi narazılıqla qarşılanıb
Futbol
12 Noyabr , 2014 10:38
Serbiya Futbol İttifaqı UEFA-ya etiraz edib
Bakı. 12 noyabr. REPORT.AZ/ Serbiya Futbol İttifaqı (SFİ) UEFA İntizam Komitəsinin qərarına etiraz edib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Albaniya yığması ilə AVRO-2016-nın seçmə qrup matçındakı insidentdən sonra Serbiya milli komandasının qarşıdakı 2 oyunda azarkeşlərdən məhrum edilməsi səbəb olub. 

Oktyabrın 14-də iki ölkə yığması arasındakı matç yarımçıq dayandırılıb. İlk yarının sonlarında Belqraddakı "Partizan" stadionu üzərindən "Böyük Albaniya" bayrağı ilə pilotsuz təyyarə uçub. Serbiya yığmasının müdafiəçisi Stefan Mitroviç həmin bayrağı qırıb yerə atmaq istərkən, Albaniya millisinin futbolçuları buna etiraz ediblər. Nəticədə iki komandanın futbolçuları arasında toqquşma baş verib. Olaya tribuanadakı yerli fanatlar da müdaxilə ediblər. 

UEFA İntizam Komitəsi Albaniya millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Serbiya 3 xaldan məhrum edilib və AVRO-2016-da qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirməyə məhkum edilib. Hər iki federasiya 100 min avro cərimələnib. 

Son xəbərlər

Orphus sistemi