​"Seltik" klubunun məşqçisi: ""Qarabağ" bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədir"

​"Seltik" klubunun məşqçisi: ""Qarabağ" bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədir" Ronni Deyla: ""Qarabağ" kifayət qədər güclü texnikiya malik komandadır"
Futbol
27 İyul , 2015 14:13
​Seltik klubunun məşqçisi: Qarabağ bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədir

Bakı.27iyul.REPORT.AZ/ Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla oyunçularına Azərbaycanın "Qarabağ" klubunun Çempionlar Liqasında komandasının hədəfləri üçün böyük təhlükə yaratdığını bildirib.

"Report"un Daily Record-a istinadən verdiyi xəbərə görə, R.Deyla qeyd edib ki, Reynaldo kimi hücumçusu olan "Qarabağ" komandası ilə oyunda onun klubu daim ayıq olmalıdır.

"Biz bazar ertəsi və ya çərşənbə axşamı oyunçularımıza "Qarabağ" klubunun oyunlarının videogörüntülərini göstərmək niyyətindəyik. Bu, bizim üçün çox böyük çağırış olacaq",- baş məşqçi bildirib. O vurğulayıb ki, "Qarabağ" kifayət qədər güclü oyun texnikasına malik komandadır.

R.Deyla deyib ki, tərkibində bir neçə braziliyalı və bir ispan oyunçusu olan "Qarabağ" hücum üslubunda oyun nümayiş etdirməyə üstünlük verəcək.

"Komandanın müdafiəçiləri kifayət qədər aqressivdilər, ona görə də, oyunda müxtəlif taktiki gedişlərdən istifadə olunacaq və matç yüksək tempdə keçəcək", - o bildirib.

Mütəxəssis deyib ki, "Qarabağ" klubu tədricən öz göstəricilərini yüksəldən bir komandadır, ona görə də, qarşıdakı oyun "Seltik" üçün çətin olacaq. 

Son xəbərlər

Orphus sistemi