"Seltik"in qələbə topunun müəllifi: "Cavab görüşü həqiqətən ağır olacaq"

"Seltik"in qələbə topunun müəllifi: "Cavab görüşü həqiqətən ağır olacaq" Dedrik Boyata "Qarabağ"ın da lazımi nəticəni qazanmaq imkanının olduğunu bildirib
Futbol
30 İyul , 2015 12:24
Seltikin qələbə topunun müəllifi: Cavab görüşü həqiqətən ağır olacaq

Bakı. 30 iyul. REPORT.AZ/ "Hələ öncədən bilirdik ki, rəqib topla oynamağı yaxşı bacaran komandadır. Onlar topu özlərində çox saxladıqdan sonra qol imkanları arayırdılar". "Report"un məlumatına görə, bunu Azərbaycanın "Qarabağ" klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şotlandiya "Seltik"inin yeganə qolunu vurmuş futbolçu Dedrik Boyata deyib.

25 yaşlı müdafiəçi bildirib ki, seçdikləri düzgün taktika sayəsində müsbət nəticəyə nail olublar. Lakin Konqo əsilli belçikalı oyunçu cavab görüşündə "Qarabağ"ın da lazımi nəticəni qazanmaq imkanının olduğunu vurğulayıb. O, Bakıdakı qarşılaşmanın "Seltik" üçün çətin keçəcəyini etiraf edib: "Öz meydanımızda qalib gəlmişik və Bakıya üstünlüklə yollanırıq. Amma hələ daha 90 dəqiqə oynamalıyıq. Bu isə həqiqətən ağır olacaq. Bilirik ki, səfər qolu bizim üçün çox vacibdir. Bakıda da qalib gəlməyə qadirik. 90 dəqiqə ərzində nələrin baş verəcəyini heç vaxt bilmək olmur. Amma biz yaxşı nəticə ilə qayıda bilərik".

Qeyd edək ki, Dedrik Boyata "Qarabağ"ı 82-ci dəqiqədə künc zərbəsindən sonra məyus edib. Avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi