​"Seltik"in baş məşqçisi: "Çempionlar Liqasında çıxış etmək istəyirik"

​"Seltik"in baş məşqçisi: "Çempionlar Liqasında çıxış etmək istəyirik" "Azarkeşlərimizə bu sevinci yaşatmağa çalışacağıq"
Futbol
4 Avqust , 2015 21:18
​Seltikin baş məşqçisi: Çempionlar Liqasında çıxış etmək istəyirik

Bakı. 4 avqust. REPORT.AZ/ "Hər şey qaydasındadır. Yerləşdiyimiz otel və səfər qaydasındadır. İnanıram ki, futbolçular vəziyyətə öyrəşib lazımi oyunu göstərəcək". "Report"un məlumatına görə, bu sözləri "Seltik" klubunun baş məşqçisi Ronni Deyla deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"la qarşılaşacaq Şotlandiya "Seltik"inin baş məşqçisi mərkəzi arenanın ot örtüyü haqda da fikirlərini bildirib: "Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq qışda Şotlandiyada bu tipli qazonlarda oynamışıq. Mümkün qədər bütün problemlərin aradan qalxmasına çalışacağıq. Nəzərə alaq ki, rəqib də bizimlə eyni şəraitdə oynayacaq".

"Ötən il Çempionlar Liqasında çıxış edə bilmədik və bu bizi təəssüfləndirmişdi. Ancaq indi Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək istəyirik" - R.Deyla bildirib. 

Baş məşqçi "Qarabağ"ın texnikalı futbolçulara malik olduğunu, yaxşı oyun nümayiş etdirdiyini, buna baxmayaraq qələbə qazanmaq istədiklərini söyləyib: "Azarkeşlərimiz Çempionlar Liqasında çıxış etməyimizi istəyir və onlara bu sevinci yaşatmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi