"Seltik" futbolçuları arasında qanlı dava düşüb

"Seltik" futbolçuları arasında qanlı dava düşüb Məşq zamanı türkiyəli Nadir Çiftçi ilə Emilio İsakirre əsəblərinə hakim ola bilməyərək dalaşıblar
Futbol
28 Oktyabr , 2015 20:27
Seltik futbolçuları arasında qanlı dava düşüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Şotlandiyanın "Seltik" komandasının məşqində futbolçular arasında qanlı dava düşüb. "Report"un məlumatına görə, bir epizodun ardından türkiyəli Nadir Çiftçi ilə Emilio İsakirre əsəblərinə hakim ola bilməyərək dalaşıblar. 

Nəticədə İsakirrenin sol qulağı qanayıb. Baş məşqçi Ronni Deyla xəbəri təsdiqləyib. O, toqquşma zamanı hadisə yerində olmadığını, amma sonradan hər iki futbolçu ilə də danışaraq problemi komanda daxilində çözdüklərini söyləyib. İsakirrenin qulağında hər hansı problemin olmadığını deyən norveçli mütəxəssis futbolçunu bu gün Şotlandiya Kubokunun 1/4 final matçında "Harts"a qarşı forma geyinməyə hazır sayıb.

Qeyd edək ki, "Seltik" Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı üstələyib - 1:0, 0:0. Hazırda Şotlandiya təmsilçisi Avropa Liqasının qrup mərhələsində "Molde (Norveç), "Ayaks" (Hollandiya) və "Fənərbağça" (Türkiyə) komandalarının rəqibidir.

Son xəbərlər

Orphus sistemi