Bakı. 9 may. REPORT.AZ/ "Seltik" klubu tarixində 47-ci dəfə Şotlandiya çempionu olub.
"Report" xəbər verir ki, kollektiv ən yaxın izləyicisi "Aberdin" üzərində 3:2 hesablı qələbə qazandıqdan sonra vaxtından əvvəl çempion tituluna yiyələnib.
2015/2016-cı il mövsümünün sonuna 2 tur qalmış "Seltik"in ikinci yerdən xal fərq 12-dir.
"Seltik" ardarda beşinci dəfədir ki, Şotlandiya çempionluğunu bayram edir.