​"Şaxtyor" klubunun futbolçusu "Neftçi"yə baxışa gəlib

​"Şaxtyor" klubunun futbolçusu "Neftçi"yə baxışa gəlib Bu barədə futbolçunun özü açıqlama verib
Futbol
18 Yanvar , 2016 16:28
​Şaxtyor klubunun futbolçusu Neftçiyə baxışa gəlib

Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstanın Karaqanda şəhərini təmsil edən "Şaxtyor"un və Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü Akif Həsənov "Neftçi"yə baxışa gəlib. "Report"un məlumatına görə, gənc hücumçu "Şaxtyor"un rəsmi saytına müsahibəsində artıq flaqmanın heyətində bir neçə məşqə çıxdığını bildirib.

O, hazırda mövsümün ikinci hissəsinə hazırlaşan "Neftçi"də qısa müddət ərzində möhkəmlənəcəyinə inam ifadə edib. Həsənovun sözlərinə görə, Azərbaycan yığmasındakı çıxışından sonra agenti onunla əlaqə saxlayaraq, bir neçə variant təklif edib: "Mən daha uyğun olnanını - "Neftçi"ni seçdim. Yığmada ikən baş məşqçi Nikolay Adamın rəhbərliyi altında bu kluba, eləcə də "Rəvan"a qarşı oynamışdım. Hər iki matçda qol vursam da, Avropa çempionatının təsnifat mərhələsində çıxış edə bilməmişdim. Çünki Qazaxıstan vətəndaşıyam və Azərbaycan millisinin heyətində rəsmi matçlarda iştirak hüququna malik deyiləm".

Əcnəbi klublardan İspaniya "Real Madrid"ini, futbolçulardan isə Kriştianu Ronaldunu bəyəndiyini deyən gənc forvard "Neftçi"yə keçidinə razılıq verən "Şaxtyor" rəhbərliyinə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi