​Samir Əliyev: "Komandamız hər iki görüşdə üstün oynadı"

​Samir Əliyev: "Komandamız hər iki görüşdə üstün oynadı" "Gələcəkdə böyük işlər görə bilərik"
Futbol
10 İyul , 2015 05:06
​Samir Əliyev: Komandamız hər iki görüşdə üstün oynadı

Bakı. 10 İyul. REPORT.AZ/ “Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Komandamız hər iki görüşdə üstün oynadı”.

"Report" xəbər verir ki, bu sözləri “Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” klubu ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi komandasının oyunundan razı qaldığını deyib:

“Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.

Son xəbərlər

Orphus sistemi