​Şahin Diniyev: Biz bu gün 1 xal qazanmadıq, 2 xal itirdik

​Şahin Diniyev: Biz bu gün 1 xal qazanmadıq, 2 xal itirdik "Oynamayıb heç-heçə etsəydik, buna sevinərdim"
Futbol
16 Avqust , 2015 21:42
​Şahin Diniyev: Biz bu gün 1 xal qazanmadıq, 2 xal itirdik

Bakı. 16 Avqust. REPORT.AZ/ "İki illik aradan sonra "Kəpəz" Premyer Liqada ilk ev oyununa çıxdı. Belə oyunlarda insan çox emosional olur".

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının II turunda Gəncədə "Zirə" ilə 1:1 hesablı nəticə əldə edən "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib.

Təcrübəli mütəxəssis artırma dəqiqələrində qol buraxmalarından təəssüfünü gizlətməyib:

"Biz bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Oynamayıb heç-heçə etsəydik, buna sevinərdim. Amma oyunumuz və nəticə fərqli oldu. Uşaqlar bu gün çox enerji sərf etdilər. Əvəzləmələr özünü doğrultmadı. Futbolda görmədiyim bir hadisə baş verdi. Xeyli hücum etsək də, qol vura bilmədik. Amma komandam isti havada vuruşdu. Futbolçularıma bacardıqlarını etdikləri üçün minnətdaram".

Ş.Diniyev heyətdəki itkilərin də nəticəyə təsirsiz ötüşmədiyini vurğulayıb:

"Juninyo, Dario da Silva, Aleksandr Sıtnik və Bəxtiyar Soltanov fiziki cəhətdən tam hazır deyil. Maraqlıdır ki, futbolçuların 4-ü də hücumameyllidir. Zaman-zaman hər şey düzələcək".

Son xəbərlər

Orphus sistemi