Şahin Diniyev: "Bir klubda baza, meydança yoxdursa, hansı uşaq futbolundan danışmaq olar?"

Şahin Diniyev: "Bir klubda baza, meydança yoxdursa, hansı uşaq futbolundan danışmaq olar?" Məşqçilər Komitəsinin üzvləri AZAL və "Qarabağ" klublarının idman direktorları ilə görüşüb
Futbol
11 Dekabr , 2014 16:22
Şahin Diniyev: Bir klubda baza, meydança yoxdursa, hansı uşaq futbolundan danışmaq olar?

Məşqçilər Komitəsinin üzvləri bu gün AFFA-nın inzibati binasında assosiasiya tərəfindən klublara təhkim olunmuş idman direktorlarından ikisi ilə görüş keçirib. Bu barədə "Report"a komitə üzvü Şahin Diniyev məlumat verib. 

Onun sözlərinə görə, AZAL-ın idman direktoru Daril Villard və “Qarabağ”ın idman direktoru Con van Loenlə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Komitə üzvləri klublarda uşaq futbolunun inkişafı istiqamətində görülən işlər barədə məlumat əldə ediblər. 

Ş.Diniyev görüşlər zamanı idman direktorlarının bəzi problemlərdən də danışdıqlarını bildirib: "Klubların uşaq futbolu ilə bağlı xeyli problemi var. Bir klubda baza, meydança yoxdursa, hansı uşaq futbolundan danışmaq olar?" 

Azərbaycan millisinin sabiq baş məşqçisi bütün klubların idman direktorları ilə görüşdükdən sonra gələcəkləri yekun qənaəti raport şəklində hazırlayaraq, AFFA nəzdində fəaliyyət göstərən müvaqif qurumlara aidiyyəti üzrə təqdim edəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi