​Şahin Diniyev: "Başqası olsaydı, dava edərdim"

​Şahin Diniyev: "Başqası olsaydı, dava edərdim" Komandamla fəxr edirəm
Futbol
28 İyun , 2016 22:36
​Şahin Diniyev: Başqası olsaydı, dava edərdim

Bakı. 28 iyun. REPORT.AZ/ "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, 60 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

- Belə komanda ilə fəxr edirəm. 10 günə yığılan komandayıq. Xarakter göstərib bacardıqlarını etdilər. Belə oyun üçün 4-5 qol vəziyyəti yaxşıdır. Komandamız hər gün inkişafdadır. 9 gün vaxtımız var. Daha yaxşı çıxış etmə şansımız var. "Daçiya" bizə temp verdi. Qrupa düşəcək komandadır. Hələ ki, şanslar yarıbayarıdır.

- Cavab oyununadək hər hansı mövqe üzərində işləmək lazımdır?

- Oyunu dəyişməyə qadir futbolçularımız var. Daha çox əvəzləmələr yox, taktiki dəyişiklik üzərində işləməliyik.

- Tural Qürbətov necə təsir bağışladı?

- Klubda hər bir səhv sənə baha başa gələ bilər. Qürbətov oyuna tam uyğunlaşmasa da, nə isə edə bilər.

- 60-cı dəqiqədə komandanız dayandı, sona 5 dəqiqə qalmış fəallaşdı...

- Orta sahə oyunçularının yorulması iş əmsalını sıfıra endirdi. Meydana sürətli oyunçular buraxdım.

- Klub prezidentinin baş məşqçi əvəzinə komandaya göstəriş verdiyini görmüsünüz?

- Yadınızdadırsa, bizdə də belə hallar çox olub. Bu, onların işləridir, daxili işlərinə qarışmaq istəmirəm.

- Oyun zamanı Adlan Şişxanovla aranızdakı epizod barədə nə deyə bilərsiniz?

- Başqa futbolçu olsaydı, bəlkə də dava edərdim. Sadəcə, o epizodda oğlum idi. Komandamla fəxr edirəm. Az büdcə, şəraitsizliklə başlarını aşağı salıb işləri ilə məşğuldurlar.

- Gəncədəki oyunda azarkeş rekordu qırsanız da, bu gün çox az şəxs var idi...

- Azarkeşlərimiz 400 km ac-susuz gəlib-gedirlərsə, onların qarşısında baş əyirik. Gəncədə olsaydı, komanda yatan vaxtı onları ayağa durğuzan ruh rolunu oynayardılar.

Son xəbərlər

Orphus sistemi