“Şahdağ” futbol klubu Bakıdakı faciə ilə əlaqədar 65-ci illiyini qeyd etməyəcək

“Şahdağ” futbol klubu Bakıdakı faciə ilə əlaqədar 65-ci illiyini qeyd etməyəcək Mayın 23-ü komanda meydançaya qara sarğı ilə çıxacaq
Futbol
22 May , 2015 01:15
“Şahdağ” futbol klubu Bakıdakı faciə ilə əlaqədar 65-ci illiyini qeyd etməyəcək

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanın Qusar şəhərini təmsil edən “Şahdağ” futbol klubu yaranmasının 65-ci ildönümünü Bakıda mayın 19-da çoxsaylı qurbanlara səbəb olan yaşayış binasında baş verən güclü yanğın ilə əlaqədər qeyd etməməyə qərar verib.

“Report”un “Şahdağ” klubunun mətbuat xidmətinə istinadən veridiyi xəbərə görə, may ayının 23-ü "Şahdağ" - "Şəmkir" oyununda Qusardan olan klubunun 65 illiyi qeyd edilməli idi.

“Bu bayram tedbirində musiqi ilə yanaşı, yerli veteran futbolçularının və rayonun rəhbər şəxslərinin çıxışı gözlənilirdi. Amma Bakıda baş vermiş dəhşətli hadisəylə əlaqədar "Şahdağ" futbol klubunun prezidenti Ərəstun Niftiyevin tapşırığına əsasən, yubiley tədbiri keçirilməyəcək. Bununla yanaşı may ayın 23-ü komandamız yaşıl meydançaya qara sarğı ilə çıxacaq və oyundan qabaq bir dəqiqəlik sükütla faciyə qurbanlarının xatirəsi yad edəcək”, - deyə klubdan bildiriblər.

Qusar təmsilçisi, həmçinin, yanğın zamanı həlak olanların qohumlarına və yaxınlarına baş sağlığı verib.

Son xəbərlər

Orphus sistemi