​Sabiq rusiyalı futbolçu: "Lokomotiv"in futbolçuları gözəllik yarışlarında gəzən qızlar kimidir"

​Sabiq rusiyalı futbolçu: "Lokomotiv"in futbolçuları gözəllik yarışlarında gəzən qızlar kimidir" Lovçev "Beşiktaş"la oyundan danışıb
Futbol
7 Noyabr , 2015 17:53
​Sabiq rusiyalı futbolçu: Lokomotivin futbolçuları gözəllik yarışlarında gəzən qızlar kimidir

Bakı. 7 noyabr. REPORT.AZ/ Tanınmış rusiyalı futbolçu Yevgeniy Lovçev Avropa Liqasının qrup mərhələsində Türkiyə "Beşiktaş"ı ilə qarşılaşan Moskva "Lokomotiv"inin oyununu dəyərləndirib. "Report"un məlumatına görə, SSRİ dönəmində forma geyinən yarımmüdafiəçi Moskva təmsilçisinin futbolçularını modelə bənzədib.

"Mən "Beşiktaş"la olan hər iki oyunu izləmişəm. Bu heyətlə lazımi səviyyədə oyun göstərə bilmirik. Orta sahə futbolçularımız gözəllik yarışlarında gəzən qızlar kimi incədir. Türklərin oyunçuları isə onları yatağa atmağa çalışan vəhşi kimidir. Bizi qapıçı Quelherme xilas etdi", - Y.Levçev bildirib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi