Sabiq klub prezidenti hoteldə ölü tapılıb

Sabiq klub prezidenti hoteldə ölü tapılıb 66 yaşlı biznesmen son zamanlar maddi problemlərlə üzləşib
Futbol
12 Avqust , 2015 11:28
Sabiq klub prezidenti hoteldə ölü tapılıb

Bakı. 12 avqust. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubunun sabiq prezidenti Xorxe Qonsalveş Anqolanın paytaxtı Luandadan 115 km məsafədə ölü tapılıb. "Report"un "Diario de Noticias"a istinadən verdiyi məlumata görə, 66 yaşlı biznesmen son zamanlar maddi problemlərlə üzləşib.

X.Qonsalveş psixi xəstəxanada müalicə alıb.

Sabiq prezidentin cəsədi qaldığı hotelin vanna otağında aşkarlanıb. Faktla bağlı araşdırmaların aparıldığı bildirilir.

Qeyd edək ki, Xorxe Qonsalveş 1988 və 1989-cu illərdə "Sportinq" klubunun prezidenti olub.

Son xəbərlər

Orphus sistemi