​Ruslan Abışovun taleyinə yanvarın 11-də aydınlıq gələcək

​Ruslan Abışovun taleyinə yanvarın 11-də aydınlıq gələcək Sərxan Abışov yanvarın 11-də "Rubin" rəsmiləri ilə görüşəcəyini bildirib
Futbol
8 Yanvar , 2015 11:29
​Ruslan Abışovun taleyinə yanvarın 11-də aydınlıq gələcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun Rusiyanın "Rubin" klubundakı taleyinə yanvarın 11-də aydınlıq gələcək. Bu barədə "Report"a 27 yaşlı yarımmüdafiəçinin qardaşı və meneceri Sərxan Abışov məlumat verib.

O, yanvarın 11-də "Rubin" rəsmiləri ilə görüşəcəyini bildirib. Abışov qardaşının seçim imkanının da olduğunu söyləyib: "Ruslanı 3 klub istəyir. Bunlardan ikisi yerli, biri əcnəbi klubdur. Lakin bütün məsələlərin gedişatı yanvarın 11-də keçiriləcək görüşün nəticəsindən asılı olacaq. "Rubin" alınması, transfer məbləğini ödəyən komanda Ruslanı heyətinə cəlb edə biləcək".

Qeyd edək ki, yay transfer pəncərəsində "Qəbələ" ilə 6 aylıq icarə müqaviləsi imzalayan Ruslan Abışov müqavilə üzrə "Rubin"ə məxsusdur. Onun Kazan klubu ilə olan 2.5 illik müqaviləsi bu ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi