Ruslan Abışovu "Rubin"dən kənarlaşdıran baş məşqçi istefaya göndərilib

Ruslan Abışovu "Rubin"dən kənarlaşdıran baş məşqçi istefaya göndərilib Rinat Bilyaletdinovla müqavilə qarşılıqlı razılıq əsasında pozulub
Futbol
11 Sentyabr , 2015 12:16
Ruslan Abışovu Rubindən kənarlaşdıran baş məşqçi istefaya göndərilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Rubin" futbol komandasının baş məşqçisi Rinat Bilyaletdinov istefaya göndərilib. "Report"un məlumatına görə, klubun baş direktoru İlgiz Fəxriyev 57 yaşlı mütəxəssislə anlaşmanın qarşılıqlı razılıq əsasında pozulduğunu bildirib.

Bu addıma uğursuz nəticələr səbəb olub. Kazan komandası Rusiya Premyer Liqasında 7 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bununla yanaşı, "Rubin" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi səlahiyyətlərinin icrası Valeri Çalıya həvalə olunub. Fəxriyev yeni baş məşqçinin tezliklə açıqlanacağını əlavə edib.

Qeyd edək ki, Rinat Bilyaletdinov "Rubin"ə 2014-cü ilin yanvarında baş məşqçi təyin olunub. Onun gəlişindən yarım mövsüm sonra Azərbaycan millisinin futbolçusu klubu əvvəlcə icarə əsasında, bu ildən isə birdəfəlik tərk edib. 

Son xəbərlər

Orphus sistemi