​Rusiya yığmasının AVRO-2016 üçün forma nömrələri müəyyənləşib

​Rusiya yığmasının AVRO-2016 üçün forma nömrələri müəyyənləşib Aleksandr Səmədov 19 nömrəli futbolka ilə çıxış edəcək
Futbol
1 İyun , 2016 09:57
​Rusiya yığmasının AVRO-2016 üçün forma nömrələri müəyyənləşib

Bakı. 1 iyun. REPORT.AZ/ AVRO-2016-da iştirak edəcək Rusiya yığmasının futbolçularının forma nömrələri müəyyənləşib. "Report"un məlumatına görə, Rusiya Futbol İttifaqının UEFA-ya göndərdiyi 23 nəfərlik siyahıda yer alan əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov Fransada keçiriləcək qitə çempionatında 19 nömrəli forma ilə çıxış edəcək.

Qapıçılar: 1.İqor Akinfeyev (MOİK), 12.Yuri Lodıgin ("Zenit"), 16.Gilyerme ("Lokomotiv")

Müdafiəçilər: 6.Aleksey Berezutski, 14.Vasili Berezutski, 4.Sergey İqnaşeviç, 21.Georgi Şennikov (hamısı MOİK), 3.İqor Smolnikov ("Zenit"), 5.Roman Noyştedter ("Şalke", Almaniya), 23.Dmitri Kombarov ("Spartak" Moskva), 2.Roman Şişkin ("Lokomotiv")

Yarımmüdafiəçilər: 13.Aleksandr Qolovin, 15.Roman Şirokov (hər ikisi MOİK), 19.Aleksandr Səmədov ("Lokomotiv"), 8.Denis Qluşakov ("Spartak"), 11.Pavel Mamayev, 20.Dmitri Torbinski (hər ikisi "Krasnodar"), 18.Oleq İvanov ("Terek"), 7.İqor Denisov ("Dinamo" Moskva), 17.Oleq Şatov ("Zenit").

Hücumçular: 22.Artyom Dzyuba, 9.Aleksandr Kokorin (hər ikisi "Zenit"), 10.Fyodor Smolov ("Krasnodar).

Qeyd edək ki, Rusiya B qrupunda İngiltərə, Slovakiya və Uels yığmaları ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi