Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib

Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib Denis Çerışev zədə üzündən Avropa çempionatını buraxmalı olacaq
Futbol
9 May , 2016 17:01
Rusiya yığması AVRO-2016 öncəsi itki ilə üzləşib

Bakı. 9 may. REPORT.AZ/ Rusiya yığmasının və İspaniyanın "Valensiya" klubunun futbolçusu Denis Çerışev AVRO-2016-dan kənarda qalacaq. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu La Liqanın 36-cı turunun "Vilyarreal"la qarşılaşmasında zədələnib.

Çerışevin sol baldır əzələsində qırıq aşkarlanıb. Həkimlər futbolçunun mayın 17-də əməliyyat olunmasına qərar veriblər. Onun bərpasına ən azı 4 ay lazım gələcək. Beləliklə, Rusiya yığmasının legioneri qitə çempionatı ilə yanaşı, gələn mövsümün startını buraxmalı olacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 8-də start götürəcək.  

Son xəbərlər

Orphus sistemi