Rusiyanın "Spartak" komandasının baş məşqçisi istefaya göndərilib

Rusiyanın "Spartak" komandasının baş məşqçisi istefaya göndərilib Murat Yakının rəhbərliyi altında göstərilən nəticə qənaətbəxş sayılmayıb
Futbol
30 May , 2015 14:25
Rusiyanın Spartak komandasının baş məşqçisi istefaya göndərilib

Bakı. 30 may. REPORT.AZ/ Rusiyanın "Spartak" futbol klubu baş məşqçi Murat Yakını istefaya göndərməyi qərara alıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İsveçrədən olan türk əsilli mütəxəssislə müqavilə mövsümün sonunda pozulacaq.

Rəhbərlik ona gəncləri əsas komandaya cəlb etməsi, eləcə də "Dinamo" və MOİK-lə derbilərdə qələbə münasibətilə minnətdarlıq edib. Bununla belə, başa çatmaqda olan mövsüm qənaətbəxş sayılmayıb: "Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilməyib və kardinal dəyişikliklər zamanı yetişib. Bunu anlayan "Spartak" və Yakin qarşılıqlı razılıq əsasında münasibətlərinə son qoymağı qərara alıb".

Yeni baş məşqçi ilə bağlı qərar Direktorlar Şurasının növbəti iclasında qəbul olunacaq.

Qeyd edək ki, "Spartak" Avropa kuboklarından kənarda qalıb. Son tur öncəsi "qırmızı ağlar" 43 xalla 6-cı pillədə qərarlaşıb. Murat Yakının komandası bu gün "Amkar"ı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi